MADDƏLƏR MÜBADİLƏSİ
Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda
həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir.
Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artıma kimi həyati fəaliyyətləri
davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji
almaq məcburiyyətindədir.Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların
sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan
orqanik və ya qeyri-üzvi molekullar,ya əvvəl parçalanaraq,
məhv uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların
sintezlənməsində istifadə edilər.
QEYRİ ÜZVİ MADDƏLƏRİN ÖNƏMİ
Mineral maddələr bədəndəki bütün orqanlarda, toxumalarda, mayelərdə var.Bədənin heç bir orqanı, heç bir hüceyrəsi natrium, kalsium, fosfor və başqa mineral olmadan yaşaya bilməz. Adətən, onlar, duzların, zülalların və həmçinin başqa mürəkkəb birləşmələrin tərkibinə daxildir.
KALSİUM (Ca)
Kalsium sümük toxumasının əsas elementidir.
Orqanizmə kalsium kifayət miqdarda daxil olunduqda, insanın sümükləri möhkəm olur. Əks halda sümüklər kövrək olacaq, skelet əyiləcək, hətta yüngül travma nəticəsində sümüklər qırıla bilər. Dişlərimizin vəziyyəti də kalsiumdan asılır.
Kalsium bədənin bütün əzələlərinin normal fəaliyyəti üçün çox vacibdir.
Kalsiumun defisiti əzələlərdə spazmlara (tutulmalara), əzələlərin keyiməsinə, qıcolamlara səbəb olur.
Ürək də əzələdir. Bu əzələnin normal fəaliyyəti insan üçün həyati vacibdir. Kalsium urəyin sağlamlığı və normal fəaliyyəti üçün çox önəmlidir. Kalsium ürək döyünməsinin tənzimlənməsində iştirak edir. Bu mineralın defisiti zamanı ürək fəzliyyətində pozulmalar yaranır.
Natrium-Xlorid (NaCl)
Qanda Natriumun azalması zamanı nə baş verir?
Bu zaman arterial təzyiq aşağı enir. Ürəyin fəaliyyəti kompensator olaraq sürətlənir (taxikardiya). Na çatışmazlığı orqanizmdə qələvi ehtiyatının azalmasına və asidoza gətirib çıxarır. Bu həm də hüceyrə daxilində olan kalium ionlarının hüceyrə xaricinə keçməsi ilə nəticələnir. Bu zaman ürəyin, əzələlərin fəaliyyəti zəifləyir, iştah pozulur, maye qəbuluna həssaslıq artmış olur, insan süst olur, depressiyaya qapılır.
Qanda Natriumun artması zamanı nə baş verir?
Natriumun qanda artması daha ağır pozğunluqlarla özünü göstərir. Bu hal qida vasitəsilə xörək duzunun həddən çox qəbul edilməsi, natriumun böyrəklər vasitəsilə ifraz edilməsinin pozulması, maye qəbulunun məhdudlaşması nəticəsində baş verə bilər. Bundan əlavə, Na ionları adrenalinin təsirini artırmaqla, damar tonusunu yüksəldirlər. Nəticədə qanda natriumun yüksəlməsi uzun müddət davam edərsə, hipertoniya (qan təzyiqinin yqalxması) inkişaf edə bilər.
MAQNEZİUM (Mg)
•Bədənin fosfor , C vitamini və kalsium kimi maddələri səmərəli
şəkildə istifadə etməsinə kömək edir.
•Dəri , saçları və dırnaqları daha güclü və sağlam edir.
•Sinir sisteminin düzgün işləməsinə kömək edir
•Bədən istiliyinin tarazlığını təmin edir
•Astma və allergik təsirlərin gücünü azaldır.
•Depressiyalı və narahat xəstələr arasında aparılan
tədqiqatlar onların orqanlarında maqnezium
çatışmazlığını aşkar etdi. Bu insanlar müntəzəm
olaraq maqnezium qazanmanın faydalarını izah edə bilərlər
•Sinir sistemində aktiv olduğu zaman, sakinləşdirici bir təsiri var.
Xüsusilə kalsiumla birləşdiyi zaman bu təsir daha da artır.
•Maqnezium beyin hüceyrələrinin ölümünə səbəb olan
kalsiumun beynə çatmasına maneə törədir. Həm də
beyin hüceyrələrini daha güclü edir.
•Hormonların aktivləşdirilməsi və nevroloji problemlərin
qarşısının alınması təsiri var.
•Siqaret çəkmə sindromunun paralizi riskini azaldır.
•Bədəndə sodyum və kalium tarazlığına müsbət təsir göstərir.
FOSFOR (P)
Fosfor - orqanizmdə kalsiydən sonra ən çox yayılmış mineraldır.
Onun oksigenlə birləşməsindən fosfatlar yaranır. Fosfatlar isə bütün bitki və heyvan hüceyrələrinin tərkib hissəsini təşkil edirlər.
Bizim orqanizmdə orta hesabla 500-750 qr fosfor var.
Onun təxminən 90% -i skelet sümüklərində və dişlərdə yığılır.
Fosfor orqanizm üçün çox önəmlidir.
Bu mikroelement metaloiddir.O, şəraitdən asılı olaraq,
gah oksidləşdirici, gah da bərpaedici xüsusiyyətə malikdir.
Fosfor praktiki olaraq orqanizmdə baş verən bütün metobolik
reaksiyaların həyata keçməsi üçün əvəzolunmazdır.
Fosfora olan gündəlik tələbat.
Yaşlı ortastatistik insan üçün bu mikroelentə olan gündəlik norma 0.8-1.2 qr təşkil edir. Fosfor öz birləşmələri halında orqanizmdə baş verən bütün proseslərin həyata keçməsi üçün çox lazımlıdır. İdman və ağır fiziki işlə məşğul olan insanlar fosforu gündəlik təyin olunmuş normadan 1.5-2 dəfə çox qəbul etməlidirlər.
SU (H2O)
İnsan orqanizmi üçün gündə azı 2 litr su lazımdır. Axı bədənimizin 3/2 hissəsini su təşkil edir. Su orqanizmin əsas fəaliyyəti üçün lazımdır. Əgər insan 3-4 gün ərzində su içməsə, bədəndəki suyun ehtiyatı azalar və o məhv olar. Bitkilər digər üzvi və qeyri üzvi maddələri su vasitəsilə təmin edir. Suyun belə əhəmiyyətli olması onun çox yüksək səth gərginliyinə sahib olması ilə izah olunur. Kapillyarlar vasitəsilə suyun bitkilərdə yuxarı qalxmasının əsas səbəbi budur.